Filmdə yaşlı kişinin(Həsənağa Turabov) gənc qıza(Nataşa Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da.
Film haqqında Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan Buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər(titrlərdəki sıraya görə) Filmin Direktoru : Sahib Quluzadə Məsləhətçi : İdris Əsgərov (hüquq məsləhətçisi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Aliyə Əliyeva