Уважаемые пользователи в некоторых проигрывателях при нажатии на play открывается реклама, надо быстро нажат кнопку назад в своих устройствах, что бы закрыть рекламу и смотреть фильм
Добавлено: Русская серияДобавлено: SATRip качествоВ ролях:Жанр: Kinolar
Məzmun: Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif(Emil Pənahov), Vasif(Ramin Aslanov) və Ağasif(Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata(Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana(Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin(Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir. Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir...
Film haqqında: Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmin əsas qəhrəmanları uşaqlardır. Onlardan ən böyüyünün beş, kiçiyinin isə üç yaşı vardır. Çəkilişdə iştirak edən digər qırx uşaqdan isə yardımçı heyətdə istifadə olunmuşdur. Filmdəki 3 uşaq rolu üçün 500 nəfər sınaqdan keçirilib. Çəkilişdə ümumilikdə qırxa yaxın uşaq yardımçı heyətdə iştirak edib. Film 2-ci kateqoriyaya layiq görülüb.
Filmin heyəti: Film üzərində işləyənlər Ssenari Müəllifi : Nadejda İsmayılova Quruluşçu Rejissor : Rasim İsmayılov Quruluşçu Rəssam : Məmməd Hüseynov Bəstəkar : Ruhəngiz Qasımova Səs Operatoru : Kamal Seyidov Rejissor : Elmira Əliyeva Operator : Ramiz Rzayev Montaj edən : Nisə Hacıyeva Geyim Rəssamı : M. Manuvaxova Qrim Rəssamı : V. Arapov Rejissor Assistenti : Nadir Əzməmmədov, Mirzəbala Məlikov, Fərid Hümbətov Operator Assistenti : N. Zəkiyev Montaj üzrə Assistent : Xalidə Cəfərova Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış Səhnələrin Rəssamı : Eduard Abdullayev Musiqi Redaktoru : Mobil Babayev Mahnıların Mətni : R. Səfa Redaktor : D. Tahirova Dirijor : Konstantin Krimets, Elşad Bağırov Filmin Direktoru : Arif Səfərov
Rollarda: Zemfira Sadıqova-Bağça müdirəsi Ruhəngiz Qasımova-Kinozal müdirəsi Nahidə Orucova-Musiqi müəlliməsi Ömür Nağıyev-Riyadın tanışı Yusif Qasımov Böyükağa Qasımov Ləman Babayeva Bəxtiyar Əliağayev Sevinc Səfərova Fərid Əliyev (II) Namiq Acalov Hökümə Cəlilova-Ağasif Emil Pənahov-Asif Ramin Aslanov-Vasif A. Məmmədzadə Gümrah Rəhimov-Satıcı Cahangir Aslanoğlu-Xəstə Nəcibə Hüseynova-Müəllimə Afaq Quliyeva-Bağçadakı uşaq