SATRip
Arşın mal alan (1945) AZE
Izlendi 3971
Kalite: SATRip
KATEGORİLER: Kinolar
Məzmun: Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər(Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman(İsmayıl Əfəndiyev) onun köməyinə gəlir... Film haqqında: Film aktyor-müğənni Rəşid Behbudovun kinoda ilk işidir. Film aktyor Lütfəli Abdullayevin kinoda ilk işidir. Musiqili film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu. Moskva, 1966). Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırmışdır. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın Mal Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir. ("Oqonyok" jurnalı, № 2, Yanvar, 1996). Film 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir. Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat vermişdir. Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 May, 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib. Filmin çəkilməsi Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət etmişdir. Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butafordan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü. Leyla Bədirbəyli Gülçöhrə roluna 50 qızın içərisindən seçilmişdi.
Festivallar və mükafatlar:1)1946-cı ildə Bəstəkar Üzeyir Hacıbəyova (ölümündən sonra), rejissor Rza Təhmasibə, aktrisa Leyla Bədirbəyliyə, aktrisa Münəvvər Kələntərliyə, aktyor Rəşid Behbudova, aktyor Lütfəli Abdullayevə və aktyor Ələkbər Hüseynzadəyə SSRİ Dövlət Mükafatı verilmişdir.
Filmin heyəti: Filmin üzərində işləyənlər
Əsərin Müəllifi : Üzeyir Hacıbəyov(titrlərdə yoxdur) Ssenari Müəllifi : Sabit Rəhman Quruluşçu Rejissor : Rza Təhmasib, Nikolay Leşşenko Rejissor : İsmayıl Əfəndiyev Quruluşçu Operator : Əlisəttar Atakişiyev, Muxtar Dadaşov Bəstəkar : Üzeyir Hacıbəyov(titrlərdə yoxdur) Musiqi Redaktoru : Niyazi Səs Operatoru : Ağahüseyn Kərimov Quruluşçu Rəssam : Yuri Şvets Rəssam : Ağamehdi Qumriyev Geyim Rəssamı : İsmayıl Axundov Mahnıları Rus Dilinə Tərcümə edən : Tatyana Streşneva Rejissor Assistenti : Zeynəb Kazımova, Əlisəttar Məlikov, N. Rusanova Montaj üzrə Assistent : A. Strijova Operator Assistenti : Kazım Həsənov Filmin Direktoru : Daniil Yevdayev, Teymur Hüseynov Xoreoqrafiya Müəllifi : Əlibaba Abdullayev(titrlərdə yoxdur)
Arşın mal alan (1945) AZE , Arşın mal alan (1945) AZE SATRip, Arşın mal alan (1945) AZE, Arşın mal alan (1945) AZE, Arşın mal alan (1945) AZE, Arşın mal alan (1945) AZE серия, Arşın mal alan (1945) AZE Bölüm, Arşın mal alan (1945) AZE ,Arşın mal alan (1945) AZE SATRip
|