Almaz / Алмас (1936) SATRip Full Izle -Tek Parca
Главная » Фильмы онлайн » Kinolar


Добавлено: SATRip качество
В ролях: Ələkbər Hüseynzadə, Əzizə, İsmayıl Hidayətzadə, Hökümə Qurbanova, İzzət Oruczadə, Əlisəttar Məlikov, Xeyri Əmirzadə, Əli Qurbanov, Panfiliya Tanailidi

Жанр: Kinolar
Məzmun

1930-cu il. Azərbaycanın uzaq dağ kəndi. Bu kəndə işləməyə gələn gənc müəllimə Almaz(İzzət Oruczadə) burada quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər və çətinliklərlə qarşılaşır. Kənddə eyni zamanda kollektivləşmə ilə əlaqədar sinfi mübarizə gedir. Belə bir təzadlı və çətin vaxtda kənddə fəaliyyətə başlayan, bir sıra mürəkkəb məsələlərlə üz-üzə qalan gənc müəllimənin keşməkeşli həyat yolu filmin əsas süjet xəttini təşkil edir.

Film haqqında

Film Azərbaycanın istedadlı dramaturqu Cəfər Cabbarlının işıqlı xatirəsinə ithaf olunmuşdur.
Kinolent dramaturqun eyniadlı əsəri əsasında ekranlaşdırılmışdır. Bu filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfləti ölüm onun bu işini yarımçıq qoydu.
"Almaz" kinomuzun sonuncu səssiz filmi oldu. Burada aktyorlar danışmırlar. Dialoqlar yazılar vasitəsilə verilmişdir. Filmdə hadisələri yalnız musiqi müşayiət edir.
Film aktrisa Hökümə Qurbanovanın kinoda ilk işidir.
Filmin natura çəkilişləri Şamaxının Dədəgünəş kəndində aparılıb. Məktəbin həyəti səhnəsi kinofabrikin həyətində, məscid səhnəsi Maştağada çəkilib.
Film Cəfər Cabbarlının "Almas" əsəri əsasında çəkilib.

Filmin heyəti

Filmin üzərində işləyənlər

Ssenari Müəllifi : Cəfər Cabbarlı
Quruluşçu Rejissor : Ağarza Quliyev, Qriqori M. Braginski
Quruluşçu Operator : İvan Frolov, Əziz İsmayılov
Səs Operatoru : İlya Ozerski
Bəstəkar : Niyazi, Zülfüqar Hacıbəyov
Quruluşçu Rəssam : Viktor B. Aden
Rejissor Assistenti : Əlisəttar Məlikov
Bədii Rəhbər : Nikolay Şengelaya

Rollarda
Rza Təhmasib-Həkim
Zeynəb Kazımova-Komissiya üzvü
Lətif Səfərov-Kəndli oğlan


EminBala