SATRip
Axırıncı aşırım (1971)
Izlendi 7078
Kalite: SATRip
KATEGORİLER: Kinolar
Məzmun Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Festivallar və mükafatlar 1)1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalı Aktyor Adil İsgəndərova Ən Yaxşı Kişi Roluna görə Mükafat verilmişdir. Aktyor Həsən Məmmədova Ən Yaxşı Kişi Roluna görə Mükafat verilmişdir.
Film haqqında Film aktrisa Kübra Əliyevanın kinoda ilk işidir. Film yazıçı Fərman Kərimzadənin "Qarlı Aşırım" romanı əsasında ekranlaşdırılmışdır. "Axırıncı aşırım" filmi iki nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Belə ki, Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi İsmayıl tərəfindən, ancaq rus nüsxəsində isə daima Yədullanın (Yədulla, Kərbəlayi İsmayılın ölən oğludur) məzarının yanında gizlənən bir qaçağın əli ilə o dünyaya göndərilir. Hazırda hər iki nüsxə qorunub saxlanılır. Rejissor Kamil Rüstəmbəyov filmin sonunu belə çəkmişdi: Qəmlo Kərbəlayinin sözünə məhəl verməyib atlıların ardınca yollanır və Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayi isə Qəmlonun ardınca yollanır, lakin, Abbasqulu bəyi xilas edə bilmir və qəzəbindən Qəmlonu öldürür. Kərbəlayinin belə cəsur göstərilməsi yuxarı dairələrdəki kinotənqidçilərin xoşuna gəlmir və rejissordan filmin sonluğunu dəyişməsini tələb edirlər. Rejissor qısa bir çəkiliş edir, Qəmlonu Xudayarın qardaşı öldürür, film montaj edildikdən sonra ekranlara çıxır. Lakin filmə diqqətlə baxsaq görərik ki, Kərbəlayinin adamlarından biri təşviş içərisində gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayi Qəmlonu gəbərtdi. Məhz filmdə qalan bu səhnə yuxarıda deyilənləri sübut edir. Aktyor Yusif Vəliyevin Kərbəlayi İsmayıl obrazını səsləndirməsini obrazın ifaçısı Adil İsgəndərov məsləhət görüb. Film Azərbaycan kinosu tarixində əsl kişi filmi adını almışdır. Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlınski də, Kərbəlayi İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır. Əbdül Mahmudov: ... "Axırıncı aşırım" filmində Məlik Dadaşovun silləsindən aldığım zədə hələ də dodağımın kənarında çapıq şəklində qalmaqdadır. Hətta dişim də sınmışdı ki, onu da hələ düzəltdirməmişəm, olduğu kimi qalır" ... ("Axırıncı aşırım: Azərbaycan kişilərinin kinosu" - Ekspress qəzeti, 10.07.2003, Ulduzə Qaraqızı). Filmin heyəti Film üzərində işləyənlər Ssenari Müəllifi : Fərman Kərimzadə Quruluşçu Rejissor : Kamil Rüstəmbəyov Quruluşçu Operator : Rasim İsmayılov Quruluşçu Rəssam : Nadir Zeynalov Bəstəkar : Arif Məlikov Səs Operatoru : Vladimir Savin Rejissor : Tofiq Məmmədov Dekor Rəssamı : T. Məlikzadə Qrim Rəssamı : V. Bereznyakov Montaj edən : A. Abramova, Rəfiqə İbrahimova Redaktor : İntiqam Qasımzadə Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev Rejissor Assistenti : Ceyhun Mirzəyev, Nicat Feyzullayev Operator Assistenti : V. Romanov, F. Sekandçed Çalır : Kinematoqrafiya Dövlət Simfonik Orkestri Dirijor : Arif Məlikov Filmin Direktoru : Nazim Ələkbərov İşıqçı : A. Məmmədzadə (titrlərdə yoxdur)
Rollarda: Kübra Əliyeva D. Abdullayeva Tariyel Qasımov-Xudayarın qardaşı Bahadur Əliyev-Eyvaz Yusif Yulduz-Kərbəlayinin adamı Elxan Ağahüseynoğlu-Komsomolçu Dadaş Kazımov-Səməndər Gümrah Rəhimov-Kərbəlayinin adamı Nəcibə Behbudova-Kəndli Kamil Qubuşov-Kəndli Əli Xəlilov-Kəndli Hacı İsmayılov-Kəndli (titrlərdə yoxdur) Kamil Məhərrəmov-Kəndli (titrlərdə yoxdur) Ağaxan Salmanov(titrlərdə yoxdur)
Axırıncı aşırım (1971) , Axırıncı aşırım (1971) SATRip, Axırıncı aşırım (1971), Axırıncı aşırım (1971), Axırıncı aşırım (1971), Axırıncı aşırım (1971) серия, Axırıncı aşırım (1971) Bölüm, Axırıncı aşırım (1971) ,Axırıncı aşırım (1971) SATRip
|