Məzmun: Film II Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, düşmən agenturasına, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunmuşdur. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır.
Film haqqında:Filmdəki hadisələr Bakıda, Şimali Qafqazda və Nalçikdə cərəyan edir. Filmdə kor Həsənzadə rolunu ifa edən qocaman rejissor Mikayıl Mikayılovun ömrünün son illərində həqiqətən gözləri tutulmuşdu.