Bir cənub şəhərində (1969) SATRip Full Izle -Tek Parca
Главная » Фильмы онлайн » Kinolar


Уважаемые пользователи в некоторых проигрывателях при нажатии на play открывается реклама, надо быстро нажат кнопку назад в своих устройствах, что бы закрыть рекламу и смотреть фильм


Добавлено: SATRip качество
В ролях: Süsən Məcidova, Eldəniz Zeynalov, Tatyana Xaritonova, Natella Adıgözəlova, Hacımurad Yegizarov, Məcid Dadaşov, A. Məmmədov, Yus, Həsən Məmmədov, Sadıq Hüseynov

Жанр: Kinolar
Məzmun
Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.

Festivallar və mükafatlar
1)2000-ci ildə
Filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" Mükafatı verilmişdir.

Film haqqında
Film rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir.
Film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır və ssenaristin Azərbaycan kinosunda ilk işidir.
"Bir Cənub Şəhərində" filminin Azərbaycan kino tarixində novatorluğu - düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. "Film janrına görə komediya - daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir" (Yuri Xanyutin).
Səfərəlinin basdırıldığı səhnədə milis işçisi Mustafa Muraddan 1 manat istəyir. Ancaq filmin M. Qorki adına kinostudiyada rus dilinə dublyaj edilmiş versiyasında dərman resepti istəyir. Hər halda sovet milis işçisinin vətəndaşdan pul istəməsi Moskvada qəbul edilməyib və ssenaridə dəyişiklik edilib.
Filmin azərbaycan dilində olan versiyasında finalda Muradın Tofiqi öldürüb-öldürmədiyi və ya yaraladığı müəmalı görünür. rus dilinə dublyaj edilmiş versiyasında finaldakı dialoqdan bəlli olur ki, Murad Tofiq nə öldürür, nə də yaralayır. Sadəcə onu milisə izahat yazmaq üçün çağırırlar.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari Müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu Rejissor : Eldar Quliyev
Quruluşçu Operator : Rasim Ocaqov
Quruluşçu Rəssam : Kamil Nəcəfzadə
Geyim Rəssamı : Kamil Nəcəfzadə
Bəstəkar : Fərəc Qarayev
Səs Operatoru : Vladimir Savin
Rejissor : S. Ələsgərov
Operator : V. Həsənov
Montaj edən : Tamara Nərimanbəyova
Qrim Rəssamı : S. Pozdeyeva
Mahnıların Mətni : Mənsur Vəkilov
Redaktor : Y. Vəkilov, N. İbrahimova
Rejissor Assistenti : R. Atakişiyev, Rafiq Dadaşov(R. Dadaşov kimi)
Operator Assistenti : Ələsgər Ələkbərov (II)
Rəssam Assistenti : N. Viçina, T. Məlikzadə
Filmin Direktoru : Rimma Abdullayeva
Çalır : Rafiq Babayevin İdarəsilə Caz Ansamblı
Janr: Dram
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Ağ-Qara
Vaxt: 77 dəq.
İl: 1969
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 8 hissə
2199,3 metr
35 mm


EminBala