SATRip
Bəxt üzüyü (1991)
Izlendi 4756
Kalite: SATRip
KATEGORİLER: Kinolar
Məzmun: Bu qrotesk film qəhrəmanlardan biri-Saranın(Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu(Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar. İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış filmin əsasını təşkil edir. Film bizim bir-birimizə, ətrafdakılarımıza münasibətimiz barədədir.
Film haqqında: Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Filmin çəkilişlərinə Bayramov qardaşları köməklik göstərmişdir. Film 2 aya çəkilmişdir. Söylünün qaçdığı yerdə yıxılması qəsdən deyil təsadüfən olmuşdu. Arağın divara dəyib sınması səhnəsi də düşünülməmiş bir addım idi. Şüşə sınmamalı idi. Ancaq Söylü güclü zərbə ilə yoldan keçənin əlini itələyir və araq şüşəsi divara çırpılır. Moşu ilə Söylü yol qırağında gedərkən qəflətən sürətlə bir maşın keçir və Söylü qırağa atlanır. Bu məqamda aktrisa Afaq Bəşirqızı bərk qorxmuşdu. Maşının gəlməsi isə təsadüf idi. Sevda üzündə maska Söylü və Saraya yaxınlaşanda Söylü ona qarşı "senzuradan keçməyən" bir kəlimə işlədərək ələ salır. Əslində bu söz ssenaridə yox idi. Aktrisa Afaq Bəşirqızı özündən əlavə etmişdi. Ona görə o səhnəyə diqqətlə baxdıqda Firəngiz Rəhimbəylinin o sözü eşitdikdən sonra üzündəki heyrəti görmək olar.
Festivallar və mükafatlar:1)1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsi Quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.
Filmin heyəti: Film üzərində işləyənlər Ssenari Müəllifi : Ramiz Əzizbəyli, Vaqif Səmədoğlu, Orxan Fikrətoğlu(Orxan Sadıqov kimi) Quruluşçu Rejissor : Ramiz Əzizbəyli Quruluşçu Operator : Amin Novruzov Quruluşçu Rəssam : Rafiq Nəsirov Bəstəkar : Eldar Mansurov Səs Operatoru : Kamal Seyidov Rejissor : Elman Şeydayev Operator : Kamal Məlikov Geyim Rəssamı : Nizami Bəydəmirov Qrim Rəssamı : Rəna Əliyeva Fotoqraf-Rəssam : Tofiq Kərimov Montaj edən : Nelli Dadaşova Operator Assistenti : Sahib Səfərov (mövqe göstərilməyib) Montaj üzrə Assistent : Sevda Abbasova (mövqe göstərilməyib) Assistent : Lalə Baltaçı, Taleh Əliyev İnzibatçı : Həsən Tağıyev, İlham Xoşgün, Şahbuz Quliyev, Namiq Manafov Mahnı İfa edən : Firəngiz Rəhimbəyli(Firəngiz Rəhimbəyova kimi), Mübariz Tağıyev, Səxavət Məmmədov Çalır : Qara Qarayev Adına Azərbaycan Dövlət Kamera Orkestri və "Tac" İnstrumental Qrupu Dirijor : Eldar Rüstəmov Redaktor : Ramiz Rövşən Filmin Direktoru : Akif Musayev
Rollarda: Rəfael Dadaşov-Rasim,Muxtar Maniyev-Zırpı,Cahangir Novruzov-Milis rəisi,Arif Quliyev-Milis nəfəri,Nigar Şıxəliyeva-Uşaq,Semral Təhməzov-Uşaq,Abbasqulu Əbluc-Uşaq,Tural Bağırov-Uşaq,Şükür Xəlilov-Uşaq,Pənah Xəlilov (II)-Uşaq,Hikmət İmaməliyev-Uşaq,Tofiq Tağızadə-Əcnəbi,Nuriyyə Əhmədova-Alverçi Məsmə,Əhməd Təhməzov-Dəniz kənarındakı adam,Akif Piriyev,Fuad Əliyev (III),Lalə Baltaçı,Yaşar Bağırov,Zakir Fəxri,Sadıq Sadıqov,Nizami Bəydəmirov,İlham Xoşgün,Xədicə Xeyrullayeva,Rəna Əliyeva,Nadir Mikayılov,İlqar Əliyev,Akif (aşağı volt),Akif (yuxarı volt),Səlim (taxta)-Dəniz qırağındakı adam,Vahab (işçi),Daşdəmir (nurlu),Güloğlan (şüvəlani),Şirzad Abdullayev,Fuad Rzayev,Vaqif Eyvazov,Elman Şeydayev,Vaqif Səmədoğlu-Satıcı,Ramiz Əzizbəyli-Sərxoş
Bəxt üzüyü (1991) , Bəxt üzüyü (1991) SATRip, Bəxt üzüyü (1991), Bəxt üzüyü (1991), Bəxt üzüyü (1991), Bəxt üzüyü (1991) серия, Bəxt üzüyü (1991) Bölüm, Bəxt üzüyü (1991) ,Bəxt üzüyü (1991) SATRip
|