Məzmun Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır.
Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır(Abbasqulu Əbluc). Onun ən çox sevdiyi "Ağ Atlı Oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür...
Film nikbin sonluqla bitir. Çünki romantik qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Bu qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir.
Film üzərində işləyənlər
Ssenari Müəllifi : İsi Məlikzadə, Ənvər Əbluc Quruluşçu Rejissor : Ənvər Əbluc Quruluşçu Operator : Rafiq Əliyev (III), Rövşən Quliyev(Rövşən Cavanşiroğlu kimi) Quruluşçu Rəssam : Nizami Bəydəmirov Bəstəkar : Oqtay Rəcəbov Səs Operatoru : Akif Nuriyev Rejissor : Əliheydər Şahbazov Operator : Sərvər Rəşidoğlu Montaj edən : Nelli Dadaşova Montaj üzrə Assistent : Xalidə Cəfərova Rejissor Assistenti : G. Kərimova, K. İslamova, İ. Məmmədov, Ənvər Həsənov Operator Assistenti : Z. Niftullayev, Nizami Səfərov Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış Səhnələrin Rəssamı : Rauf Dadaşov Fotoqraf-Rəssam : Natiq İbrahimov İşıq Ustası : Adil Dadaşov, B. Kildyakov Pirotexnik : Əlibala Məmmədov Çalır : Rafiq Babayev Adına Ansambl Dirijor : Oqtay Rəcəbov Mahnı İfa edən : Flora Kərimova, İ. Əsgəroğlu Mahnıların Mətni : Ramiz Rövşən Hərbi Məsləhətçi : Gülməmməd Axundov (polkovnik) Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) Musiqi Redaktoru : İsmayıl Dadaşov İnzibatçı : O. Ağayev, Ədalət Yunusov, Tamara Kazaçenko(T. Kazaçenko kimi) Filmin Direktoru : Arif Səfərov