Alma almaya bənzər (1975) SATRip Full Izle -Tek Parca
Главная » Фильмы онлайн » Kinolar


Добавлено: SATRip качество
В ролях: Владимир Басов (младший), Əhməd Əhmədov, Hüseynağa Sadıqov, Firəngiz Abbasova, Владимир Басов-мл., Fazil Salayev, Hacıbaba Bağırov, Cəmil Quliyev, Həsən Məmmədov

Жанр: Kinolar
Məzmun
Filmin baş qəhrəmanı Nadir babadır(Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban(Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə(Səfurə İbrahimova) vurulur, müəllimə(İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu(Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın(Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır...
Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari Müəllifi : Alla Axundova
Quruluşçu Rejissor : Arif Babayev
Quruluşçu Operator : Valeri Kərimov
Quruluşçu Rəssam : Firəngiz Qurbanova
Geyim Rəssamı : Arif Əbdürrəhmanov
Bəstəkar : Ramiz Mirişli
Səs Operatoru : Əziz Şeyxov
Rejissor : Əşrəf Mamayev
Montaj edən : A. Abramova
Qrim Rəssamı : N. Veselova
Rejissor Assistenti : Rauf Gözəlov, Ziya Şıxlinski, E. Muradova
Operator Assistenti : Rəsul Bayramov(R. Bayramov kimi)
Assistent : A. Şahbazov, İ. Kopanets
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz Babayev
İşıq Ustası : V. Qorbaçov
Redaktor : İsi Məlikzadə
Filmin Direktoru : Əli Məmmədov (III)
Mahnıları İfa edən : Flora Kərimova, Mirzə Babayev
Filmin Direktorunun Müavini : Nadir Əliyev
Çalır : SSRİ Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri


Rollarda

Nazim Əsgərov-Mürvət
Zemfira Sadıqova-Haşımın arvadı
Süsən Məcidova-Haşımın qaynanası
H. Şabanov
Arif Mədətov-Həsənin işçisi
Əminə Nağıyeva-Mamaça
Sergey Filippov-Üç şəxs
Ələsgər Məmmədoğlu-Ata
Ramiz Əzizbəyli-Satıcı
Yusif Yulduz-Satıcı
Ramiz Məmmədov-Satıcı


EminBala