Qisas Almadan Ölmə. Keçmişdən Məktublar (2014) HD 720p Full Izle -Tek Parca
Главная » Фильмы онлайн » Kinolar


Уважаемые пользователи в некоторых проигрывателях при нажатии на play открывается реклама, надо быстро нажат кнопку назад в своих устройствах, что бы закрыть рекламу и смотреть фильм


Добавлено: HD 720p качество
В ролях: Diter Hallervorden, Georgi Cabaridze, Mixael Şvartsmayyer, Ramiz Əzizbəyli, Füzuli Hüseynov, Ayan Mirqasım, Uilrix Rexenbax, Sabir Məmmədov, Qurban İsmayılov

Жанр: Kinolar
Ekran əsəri Azərbaycanda yaşamış almanların 1941-ci ildə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək bu ərazilərdə məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığından – Almaniyanın indiki Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı, sonra isə Şəmsəddin və Qazax mahallarında yeni alman yaşayış məntəqələrini yaratmışdılar. Beləliklə, Azərbaycan burada yurd salan almanların ikinci vətəninə çevrilmişdi. Bir neçə nəsil dəyişmiş və həmin almanlar yerli əhali ilə qaynayıb-qarışmışlar.

Filmdə o hadisələrlə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər hadisələrin cərəyan etdiyi məkanlarda – Bakıda, Göygöl rayonunda, Tbilisidə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin ucqar dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılmışdır. Süjet elə qurulmuşdur ki, film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir.

Ekran əsərində məktublar, etiraflar, xatirələr, insanın hiss və yaşantıları əks olunur.

Quruluşçu rejissor: Oqtay Mirqasımov
Quruluşçu operator: Nikolay İvasiv
Quruluşçu rəssam: Vaja Calaqaniya
Bəstəkarı: Elmar Fel


EminBala