Bayquş gələndə (1978) SATRip Full Izle -Tek Parca
Главная » Фильмы онлайн » Kinolar


Добавлено: SATRip качество
В ролях: Gülşən Qurbanova, S. Süleymanova, Həsənağa Turabov, Emin Qafarzadə.Fikrət Məmmədov, Sevil Rəsulova, Vidadi Əliyev, Firəngiz Şərifova, девичьей

Жанр: Kinolar
Məzmun
Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır.
Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi(İsmayıl Osmanlı) yaşayır. Keçmişdən, gələcəkdən maraqlı əhvalatlar danışan bu kişinin evinə Tahir də tez-tez qonaq gəlir. Elə bu zaman qəsəbədə Rəşid(Həsənağa Turabov) adında varlı bir adam peyda olur. O, alverçiliklə topladığı böyük sərvəti eninə-uzununa xərcləməyə başlayır. Qoca öləndən sonra onun da bağını öz əlinə keçirmək üçün yollar axtarır. Bütün bunlar balaca Tahiri həm təəccübləndirir, həm də narazı salır. Elə bu Rəşidin təqsiri üzündən bağ qonşusu, yazıçı Kamilin(Vidadi Əliyev) də ailəsinə nifaq düşür. Amma qəsəbədə xeyirxah adamlar da az deyil. Balaca Tahir adamları bir-birindən seçməyə və onlara qiymət qoymağa başlayır...
Film haqqında
Film yazıçı Maqsud İbrahimbəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari Müəllifi : Maqsud İbrahimbəyov
Quruluşçu Rejissor : Şamil Mahmudbəyov
Quruluşçu Operator : Arif Nərimanbəyov
Quruluşçu Rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Emin Sabitoğlu
Səs Operatoru : Ağahüseyn Kərimov
Rejissor : Teyyub Məmmədov
Operator : Vaqif Muradov
Geyim Rəssamı : Tatyana Əmirova
Qrim Rəssamı : V. Arapov
Rejissor Assistenti : M. Məmmədov, C. Məmmədov
Operator Assistenti : A. Əliyev
Rəssam Assistenti : F. Abbaszadə
İşıq Ustası : B. Kildyakov
Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz Babayev
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Redaktor : Əhmədağa Qurbanov, Nadejda İsmayılova
Çalır : Ümumittifaq Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Filmin Direktoru : Əli Məmmədov (III)
Mahnı İfa edən : Yalçın Rzazadə


EminBala