Уважаемые пользователи в некоторых проигрывателях при нажатии на play открывается реклама, надо быстро нажат кнопку назад в своих устройствах, что бы закрыть рекламу и смотреть фильм
Məzmun: Hər bir ailədə, ailə üzvlərinin arasında anlaşılmazlıq olur. Bu anlaşılmazlıqların danışılaraq, mədəni formada həll edilməsi, narazıçılıqların aradan qaldırılması və bu narazıçılıqların ailə üzvlərinin arasında qalmasını bir ailə serialında tamaşaçıya təqdim etmək layihənin əsas məqsədidir. Serial həm yumor, həm də dramatik janrdadır. Gündəmdə, cəmiyyətdə, ailə daxilində, baş verən hadisələr əsasən Mehman və onun ailəsinin dilindən tamaşaçıya təqdim edilir. Baş obraz olan Mehman(Qurban Məsimov) nisbətən keçmiş adət-ənənələri mühafizə edən, rejimsiz yeyib içən, futbolu çox sevən bir obrazdır. Onun həyat yoldaşı Yeganə(Kamilə Babayeva) isə əksinə müasirliyin tərəfindədir və dieta saxlamağı xoşlayır. Bu üzdən də bu obrazlar arasında tez-tez mübahisələr düşür. Bəzən bu mübahisələr onların boşanmağına qədər də gətirib çıxara bilir. Lakin onlar danışaraq bu məsələləri həll edirlər. Bu cütlüyün müsbət cəhətlərindən biri də onların arasında baş verən münaqişələrdən övladlarının və çox zaman da heç kimin xəbər tutmamasıdır. Serialda Yeganə və Mehmanın orta məktəbdə oxuyan 10 yaşlı Firuz(Nadir Səfərov) adlı oğlu və 13 yaşlı Aysel(Cəmilə Məlikova) adlı qızı da hər zaman diqqət mərkəzindədir. Firuz çox ərköyün böyümüş, yaşına görə böyük düşünən, özünü atasına oxşadan, dərslərini yaxşı oxumayan və daima bacısı ilə yola getməyən bir obrazdır. Onun bacısı Aysel isə çox kövrək, tez inciyən, yaxşı oxuyan anası kimi müasirliyin tərəfdarı olan bir obrazdır.
Filmdə daimi olaraq altı məkandan istifadə olunur. Hadisələrin çoxu Mehman və Yeganənin yaşadığı evin qonaq otağında baş verir. Evdə eyni zamanda yataq otağı və uşaqların otağı da vardır. Uşaqların otağında uşaqların, yataq otağında isə Yeganə və Mehmanın gecə söhbətləri yer alacaqdır. Evdə olan sonuncu məkan isə mətbəxdir. Mətbəxdə bəzən səhər yeməkləri, bəzən qadınların söhbətləri və əsas da Mehman və Yeganənin hər kəsdən gizli söhbətləri olur. Filmin adı: Aramızda qalsın Rejissorlar: Rüfət Şahbazov, Ramin Nəbiyev Ölkə: Azərbaycan Janr: Komediya, Ailə İstehsal edən qurum: Xəzər televiziyası İlk baxış tarixi: 12 yanvar 2011 İl: 2011,2012,2013 Növ: Bədii serial (200 seriya)