Bismillah / Во имя бога (1925) SATRip Full Izle -Tek Parca
Главная » Фильмы онлайн » Kinolar


Уважаемые пользователи в некоторых проигрывателях при нажатии на play открывается реклама, надо быстро нажат кнопку назад в своих устройствах, что бы закрыть рекламу и смотреть фильм


Добавлено: SATRip качество
В ролях: İbrahim Azəri, Mirzəağa Əliyev, Ha, K. Vyaznova, Kazım Ziya, Mirseyfəddin Kirmanşahlı, Mustafa Mərdanov, T. Vişnevskaya, Aydın Cabbarlı, Möhsün Sənani

Жанр: Kinolar
Məzmun

Film din mövzusunu, din xadimlərinin həyat tərzini ateist mövqedən işıqlandırmışdır.

Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən, dilsiz və yoxsul kəndlilərin başına gətirilən oyunlardan, öz xeyri üçün fırıldaqçı mollalara tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edir.Burada Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapmışdır.

Film haqqında

Film Azərbaycanın ilk milli kinorejissoru Abbas Mirzə Şərifzadənin rejissor kimi bədii kinoda ilk işidir.
Film aktrisa Sona Hacıyevanın kinoda ilk işidir.
Filmin rejissoru Abbas Mirzə Şərifzadə "xalq düşməni" elan olunduqdan sonra onun adı lentdən vəhşicəsinə cırılıb götürülmşdür.
Filmdə məhərrəmlik görüntüləri xronikal kadrlardır, yəni Aşura günündə Bakıda çəkilib. Aktyor Mustafa Mərdanov isə özlərini döyənlərin arasına qatılmış və kinonun o səhnəsi beləcə quraşdırılmışdır.
Filmin adı "şaxsey-vaxsey" olmalı imiş. Buna uyğun olaraq şaxsey-vaxsey səhnələri dolğun çəkilib. Əvvəldən çəkiliş üçün aparatlar hazırlanıb. Sonradan mollalar bu çəkilən lentləri alıb məhv etmək istəyiblər. Amma çəkiliş qrupu mollaları inandırıb ki, işıq lentləri xarab eləyib, heç nə alınmayıb. Əslində isə səhnələr gözəl çıxmışdı.
Baş Kinolaşdırma İdarəsi (Moskva) filmi yüksək qiymətləndirərək sovetlər ekranına layiq görür.
Filmi yenicə təhvil verilən vaxt zamanının məşhur alman rejissoru Maks Bruxmüller heyətlə İrandan Almaniyaya qayıdarkən Bakıdan keçir. Bakıda "Bismillah"ı izləyən heyət filmdən çox razı qalır (xüsusilə toy və məhərrəmlik səhnələri). Maks Bruxmüller Berlinə qayıdandan sonra DEFA şirkətinə filmin alınmasını təklif edəcəyini deyibmiş. Amma sonrası haqqında məlumat yoxdur ("Bismillah -- A.M.Şərifzadənin rejissor debütü", Ekspress qəzeti, 23.06.2006, səh 18, Ulduzə Qaraqızı).

Filmin heyəti

Filmin üzərində işləyənlər

Ssenari Müəllifi : Pavel Blyaxin
Quruluşçu Rejissor : Abbas Mirzə Şərifzadə
Quruluşçu Operator : Arkadi Yalovoy
Quruluşçu Rəssam : K. Yevseyev, A. Plaksin
Montaj edən : Abbas Mirzə Şərifzadə
İkinci Rejissor : Arkadi Yalovoy
Rejissor Assistenti : Ağarza Quliyev
Rejissor Köməkçisi : Məmməd Əlili

Rollarda
İsmayıl Hidayətzadə
Sidqi Ruhulla
Qasım Zeynalov-Kəndli
A. A. Qlinski-Təzə bəy


EminBala