Döyüş Klubu / Fight Club (1999) Azərbaycanca Dublyaj HD 720p Full Izle -Tek Parca
Главная » Фильмы онлайн » Azərbaycanca Dublyaj


Secim elə:


Уважаемые пользователи в некоторых проигрывателях при нажатии на play открывается реклама, надо быстро нажат кнопку назад в своих устройствах, что бы закрыть рекламу и смотреть фильм


Добавлено: HD 720p качество
В ролях: Helena Bonham Carter, Brad Pitt, Edward Norton

Жанр: Azərbaycanca Dublyaj
Məzmun: Filmin qəhrəmanı — Hekayəçi (Edvard Norton) avtomovil şirkətində çalışan sadə adamdır. İşinin mahiyyəti çalışdığı şirkətin məhsulu olan avtomobilin qəzaya düşdüyü əraziyə getmək, məhsullarına dəymiş ziyanı hesablayaraq mərkəzi ofisə ötürməkdən ibarət olur. Hekayəçinin həkimi ona yuxusuzluqdan qurtaran növbəti dərmanı yazmaqdan gözlənilmədən imtina edir və bunun əvəzinə xərçəng xəstəliyindən əziyyət çəkənlərin dəstək qrupunu ziyarət etməyə məsləhət görür; həkimin fikrincə bu ona real əziyyət və bədbəxtçiliyin necə olduğunu göstərəcək və o, qüssədən, sıxılmadan qurtaracaq. Hekayəçi qrupu ziyarət etməyə başladıqdan sonra özündə bərk ağlamaq xüsusiyyətini açır və bununla da yığılan enerjinin müəyyən emosional azadlığına nail olur. Bu cür qruplara getmək onun normal yuxu almağına gətirib çıxardığı üçün o, bəzi digər xəstəlikləri də simulasiya edərək başqa dəstək qruplarına gedir və ağlamaq ilə yığılan emosiyaları çıxarmağa başlayır. Hekayəçi özündən əlavə başqa fırıldaqçı — Marla Zinqeri (Helena Bonem Karter) gördükdən sonra, müəyyən üsullarla əldə edilən rifah pozulur. Marlanın olması qəhrəmana fədakarcasına psixoterapiyaya daxil olmağa maneçilik törədir və ona yuxusuzluğu qaytarır.
Hekayəçinin həyatı olduqca yekrəngdir: o tez-tez ezamiyyətdə olur, bir cür cihazlardan istifadə edir, standart yemək yeyir. Və beləliklə növbəti ezamiyyətlərin birində qəhrəman təyyarə salonunda Tayler Dorden (Bred Pitt) — sabun hazırlayan və satan birisi ilə tanış olur. Hekayəçi hava limanından öz rahat evinə problemsiz çatır, ancaq mənzilinin güclü partlayış nəticəsində dağıldığını görür. Hansısa altıncı hiss ona Taylerə zəng etməyi pıçıldayır. Hekayəçi Taylerə zəng etməyi qərəra alır ancaq dəstəyi heç kim götürmür... Ruhdan düşmüş baş qəhrəman taksafondan uzaqlaşmağa hazırlaşır ki, aparata zəng gəlir. Qəhrəman təəcüblə dəstəyi götürür və arxasında Taylerin olduğu aydınlaşır. Beləliklə onlar yerli barların birində görüşürlər. Sağollaşan an Hekayəçi mehmanxana axtarışına çığacağına işarə edir. Tayler buna cavab olaraq qəhrəmana aydın bildirir ki, o, Hekayəçinin öz evində qalmağına etiraz etmir. Ancaq bir şərtlə: Hekayəçi elə buradaca, barın qarşısında onu bərk döyməlidir. Əvvəl qəhrəman bu qəribə xahişi yerinə yetirməkdən imtina edir, ancaq bir az tərəddüddən sonra Taylerin qeyri-adi məntiqinə əməl edir və onların görüşü qarşılıqlı yumruq davası ilə bitir; bununla belə bir-birini çırpdıqdan sonra hər ikisi həyat və özlərindən razı qalır və birlikdə Taylerin evinə yollanırlar. Bir müddət sonra onlar yenə bara yaxınlaşıb, yenidən döyüşməyə başlayırlar. Onlar öz hərəkətləri ilə bir neçə nəfəri maraqlandırırlar və beləcə barın zirzəmisində «Döyüş klubu» yaranır.
Director: David Fincher
Writers: Chuck Palahniuk, Jim Uhls


EminBala